Bakı. Trend:
Daşkəsən rayonu ərazisindən qısamüddətli sel keçib.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki,yağan leysan yağışlar nəticəsində 8 avqust saat 10:40 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar və Gəncəçay-Alaxançallı məntəqələrindən qısamüddətli sel keçib.