Bakı. Trend:
Prezident İlham Əliyevin sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Mürsəlov Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Trend-in məlumatına görə, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Təqdimatdan sonra Orxan Mürsəlov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.