Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu 17.08.2022-ci il tarixdə DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.
Bu barədə Trend-ə DSX-dən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.