...

Bakı metrosunda 7 vaqonluq qatarlar xəttə buraxılacaq

Cəmiyyət Materials 20 Oktyabr 2022 13:43 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropoliteni xəttə yeni 7 vaqonluq qatarlar buraxacaq.

Bu barədə Trend-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun Bənövşəyi xətti üzrə hərəkət edəcək.

"Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə Bənövşəyi xətt üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq", - B.Məmmədov bildirib.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti