...

Bakı İH ictimai nəzarətin onlayn platformasında müraciətlər çərçivəsində problemlərin həlli üzrə reytinqdə birinci yerdədir

Cəmiyyət Materials 6 Dekabr 2022 11:51 (UTC +04:00)
Bakı İH ictimai nəzarətin onlayn platformasında müraciətlər çərçivəsində problemlərin həlli üzrə reytinqdə birinci yerdədir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İctimai nəzarətin onlayn platformasında qeydə alınan müraciətlər çərçivəsində problemlərin həlli üzrə reytinqə Bakı Şəhər İcra Hakimiyyəti başçılıq edir.

Trend-in məlumatına görə, bunu "MG Consulting" şirkətinin nümayəndəsi Hamlet Babayev "İctimai nəzarət" layihəsinin onlayn platforması (www.enezaret.az) çərçivəsində görülən işlərin yekunlarına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, ilk üçlüyü “Azərsu” ASC və Daxili İşlər Nazirliyi tamamlayır.

"Bu gün onlayn platforma çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərin ümumi sayı 373-dür ki, onlardan 265-i artıq təmin olunub", - deyə o bildirib.

H.Babayev əlavə edib ki, onlayn platforma çərçivəsində “Azərsu” ASC-yə daxil olan müraciətlərin ümumi sayı 237-dir.

Qeyd edək ki, Azərbaycanda ictimai nəzarətin onlayn platforması çərçivəsində bu günə kimi müraciətlərin ümumi sayı 4789 olub.

İctimai Nəzarət Onlayn Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq üçün Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Milli Açıq Hökumət Platforması ilə birgə həyata keçirilən pilot layihədir.

Bu platformanın yaradılmasında məqsəd ictimai maraq doğuran bəzi məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı vətəndaşlardan video və foto sübutlarla məlumat almaq və onların aidiyyəti dövlət orqanlarında həllinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti