...

BDYPİ dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət Materials 13 Dekabr 2022 12:34 (UTC +04:00)
BDYPİ dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.

DİN-in Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Trend-ə açıqlamasında bildirib ki, hazırda mövsümlə əlaqədar yollarda palçıq və çirkli suların yaranma ehtimalı artdığından sürücülər avtomobillərinin, xüsusilə onların dövlət qeydiyyat nişanlarının təmizliyinə diqqət ayırmalıdırlar.

"Lakin, təəssüf ki bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və cərimə məbləği 40 manat olmaqla inzibati məsuliyyət yaradır", - M.Ağayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti