Bakı. Trend:
Məktəb direktorları valideynlərlə əlbir olub 10-11-ci sinif şagirdlərinin məktəbə gəlməməsinə şərait yaradırlar.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Elşən Musayev deyib.
O qeyd edib ki, əgər məktəb direktoru 10-11-ci sinif şagirdlərinin məktəbə gəlməməsinə şərait yaradırsa, burada nə serfikat olursa olsun, mənası yoxdur. “Şagirdləri məktəblərə təşviq etmək lazımdır”, - deyə deputat qeyd edib.