Bakı. Trend:
Gələn il Azərbaycan Tibb Universitetində Təcili tibb kafedrası yaradılacaq.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.
O qeyd edib ki, təcili tibbi yardımın tədrisi artıq proqrama salınıb.
"Bu sahə gələn ildən tələbələrə tədris olunacaq," - deyə o əlavə edib.