Bakı. Trend:
Pandemiya dövründə təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğunun şahidi olduq. Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələri həyata keçirməkdir.
Trend-in məlumatına görə, bunu ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bütün dünyada və Azərbaycanda da pandemiya azalıb.
"Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibb sistemlərini gücləndirməkdə fayda var",- deyə o əlavə edib.