...

Bakı aeroportu Yeni il ab-havası bəxş edir (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2022 21:25 (UTC +04:00)
Bakı aeroportu Yeni il ab-havası bəxş edir (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçün bayram əhval-ruhiyyəsi yaradıb.

Trend-in məlumatına görə, hava limanının vağzalyanı meydanında, 5 ulduzlu Skytrax stendinin yanında sərnişinlər işıqlarla bəzədilmiş bir neçə qeyri-adi konus formalı küknar ağacı fiqurları görə bilərlər.

Bakı hava limanındakı bayram bəzəyi həmçinin terminallarda yerləşən bir neçə küknar ağacları və bəzədilmiş qeydiyyat masaları ilə tamamlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti