...

Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var - Əhməd İsmayılov

Cəmiyyət Materials 12 Yanvar 2023 13:13 (UTC +04:00)
Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var - Əhməd İsmayılov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Media Reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Ə.İsmayılov qeyd edib ki, Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var və bu müddət ərzində onlar müraciət edə bilərlər. “Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”, - deyə o əlavə edib.

O qeyd edib ki, indiyə qədər Media Reyestrində qeydiyyatdan keçmək üçün 200-dən artıq media subyekti müraciət edib. Müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digrlərinin müraciətləri baxılmaqdadır.

Ə.İsmayılov bildirib ki, həmçinin 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti