...

DOST mərkəzlərində yeni rekord qeydə alınıb (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2023 18:38 (UTC +04:00)
DOST mərkəzlərində yeni rekord qeydə alınıb (FOTO)

Bakı. Trend:

DOST mərkəzlərində 5722 vətəndaş müraciəti qeydə alınıb.

Dost Agentliyindən Trend-ə bildirilib ki, 16 yanvar tarixində gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 961 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 683 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1972 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 1078 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 233 nəfər, Abşeron DOST Mərkəzinə isə 795 nəfər vətəndaş müraciət edib.

Müraciətlər, əsasən, pensiya (24.61 %), sosial müavinətlər (23.45 %), məşğulluq (19.85 %), əlillik (10.61%), sosial xidmət (3.76 %), vahid əlaqələndirmə mərkəzi (2.94 %), əmək münasibətləri (0.73 %) və yardımçı xidmətlərlə (14.05 %) bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti