...

“DOST Mediasiya Məkanı” fəaliyyətə başladı (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2023 17:24 (UTC +04:00)
“DOST Mediasiya Məkanı” fəaliyyətə başladı (FOTO)

Bakı. Trend:

Yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində “DOST Mediasiya Məkanı” fəaliyyətə başlayıb. Bununla əlaqədar Mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşü təşkil olunub.

Görüşdə Mediasiya Şurasının nümayəndələri və media nümayəndələrinə mediasiya proseduru barədə ətraflı məlumat verilib.

Əmək mübahisələri üzrə müraciətlərin qəbul olunması, mediasiya sessiyalarının aparılması və s. proseslər izah olunub. Daha sonra Mediasiya Şurası ilə birlikdə keçirilən funksional təlimləri uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim edilib.

Qeyd olunub ki, mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur. Tərəflər arasında yaranmış mübahisələr mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında, qanunla müəyyən edilmiş qaydada həll olunur. Tərəflər məhkəmə prosesi olmadan mübahisələrin həllinə nail ola bilirlər.

5 saylı Bakı DOST Mərkəzində isə əmək münasibətləri ilə bağlı mübahisələr üzrə mediasiya xidmətləri göstəriləcək. Mərkəzin bu xidmətlərindən faydalanmaq, eləcə də əmək münasibətləri ilə bağlı mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəlki zəruri sənədləşmələrin həyata keçirilməsi üçün vətəndaşlar bütün DOST mərkəzlərinə müraciət edə bilərlər.

Xidmətlər DOST Agentliyi ilə Mediasiya Şurası arasında imzalanmış əməkdaşlıq sənədinə uyğun olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti