Bakı. Trend:
Silahlı Qüvvələr olaraq dəyən ziyanın və itkilərin müəyyən edilməsi istiqamətində səylərimizi davam etdiririk.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.
"Təəssüf ki, 3 şəhidimiz, yaralımız var", - deyə o bildirib.
Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.