Bakı. Trend:
Azərbaycanın Türkiyədəki səfiri Cahit Bağcı ölkəmizin "SilkWay" şirkətinə təşəkkür edib.
Trend-in məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.
"Dünyanın hər yerindən zəlzələ bölgəmizə humanitar yardımın daşınmasında böyük əməyi olan qardaş Azərbaycanın hava kargo "SilkWay" şirkətinə təşəkkür edirik", - deyə səfir bildirib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.