...

Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində təqribi məbləğ 39 milyon manatı ötüb

Cəmiyyət Materials 17 Mart 2023 11:23 (UTC +04:00)
Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində təqribi məbləğ 39 milyon manatı ötüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində təqribi məbləğ 39 milyon 720 min manat dəyərində qiymətləndirilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Qaçaqmalçılıq predmeti olan zinət əşyaları, qiymətli kağızlar, pul, dövriyyəsi qadağan edilmiş digər predmetlər və həmçinin narkotik vasitələr saxlanılaraq dövriyyədən çıxarılıb.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmış tədbirlər nəticəsində 2022-ci il ərzində 426 halda 559 nəfər sərhəd pozucusu saxlanılıb. Saxlanılan sərhəd pozucularının 15,7%-i (88 nəfəri) qadın olub.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti