...

DOST Agentliyi və Bakı Dövlət Universiteti arasında birgə fəaliyyət planı imzalanıb

Cəmiyyət Materials 15 Mart 2023 05:15 (UTC +04:00)

Bakı. Trend:

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə birgə fəaliyyət planı imzalanıb.

Bu barədə Trend-ə BDU-dan məlumat verilib.

Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.

Birgə fəaliyyət planı 6 fəaliyyət istiqaməti üzrə 22 tədbiri əhatə edir.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, birgə fəaliyyət planı qarşılıqlı əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin təkmilləşdirilməsinə, sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsinə töhfə verəcək.

Rektor E.Babayev plana uyğun olaraq BDU və DOST Agentliyinin iştirakı ilə sosial əhəmiyyət kəsb edən istiqamətlərdə yerli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin birgə fəaliyyət planına uyğun olaraq “DOST” mərkəzlərində yaradılması nəzərdə tutulan “Sosial iş və psixologiya klinikası”nın əhəmiyyəti qeyd edilib.

DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu ötən ilin aprel ayında imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti