...

DOST Agentliyi və Bakı Dövlət Universiteti arasında Birgə Fəaliyyət Planı imzalanıb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2023 09:37 (UTC +04:00)
DOST Agentliyi və Bakı Dövlət Universiteti arasında Birgə Fəaliyyət Planı imzalanıb (FOTO)

Bakı. Trend:

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar. Sözügedən Birgə Fəaliyyət Planı 6 fəaliyyət istiqaməti üzrə 22 tədbiri əhatə edir.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, imzalanan Birgə Fəaliyyət Planı qarşılıqlı əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin təkmilləşdirilməsinə, sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsinə töhvə verəcək.

BDU-nun rektoru Elçin Babayev Plana uyğun olaraq BDU ilə DOST Agentliyinin iştirakı ilə sosial əhəmiyyət kəsb edən istiqamətlərdə yerli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin Birgə Fəaliyyət Planına uyğun olaraq "DOST" mərkəzlərində yaradılması nəzərdə tutulan "Sosial iş və psixologiya klinikası"nın əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu ötən ilin aprel ayında imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti