...

Bakıdan Şərm əl-Şeyxə birbaşa reys açılır

Cəmiyyət Materials 16 Mart 2023 11:57 (UTC +04:00)
Bakıdan Şərm əl-Şeyxə birbaşa reys açılır

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin icrasına başlayacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 17-dən etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar hər həftənin cümə günləri həyata keçiriləcək.

Şarm əl-Şeyx valehedici təbiəti və ilboyu turizm mövsümü ilə məşhur olan, Qırmızı dəniz sahilində əsrarəngiz kurort şəhəridir.

Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində satışdadır.

Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti