...

Son iki ayda əmək müqavilələrinin sayında 7,9 min artım olub

Cəmiyyət Materials 18 Mart 2023 11:32 (UTC +04:00)
Son iki ayda əmək müqavilələrinin sayında 7,9 min artım olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-fevral aylarında əməkhaqqı fondu 5,2 faiz artıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsinə imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 7,9 min və ya 0,5 faiz artaraq 1 mart 2023-cü il tarixinə 1 754 011 müqavilə təşkil edib.

Qeyd olunan müsbət nəticələr, aparılan ardıcıl əməkhaqqı islahatları əməkhaqqı fondunda davamlı artımı şərtləndirir. Son iki ayda da əməkhaqqı fondunda 5,2 faiz artım baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti