...

Sərhəd buraxılış məntəqələrində yaranan nasazlıq aradan qaldırılıb - DSX

Cəmiyyət Materials 18 Mart 2023 11:55 (UTC +04:00)
Sərhəd buraxılış məntəqələrində yaranan nasazlıq aradan qaldırılıb - DSX
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti