...

Nyu-Yorkda Novruz bayramı qeyd edilib (FOTO)

Cəmiyyət Materials 22 Mart 2023 17:36 (UTC +04:00)
Nyu-Yorkda Novruz bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər
Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, pakistan, iran, yəhudi, ukrayna, belarus, Latın Amerikası və digər icmalardan olan ailələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan mərkəz rəhbəri Alyona Bədəlova bayram
münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib, Novruz bayramının
tarixindən, adət-ənənələrindən, Azərbaycanda dövlət səviyyəsində geniş şəkildə
qeyd olunmasından danışıb.

Tədbir zamanı uşaqlar rəmzi tonqalın üzərindən atılıb, yumurtanın boyanması
qaydası ilə tanış olub, Novruza xas əyləncəli oyunlarda iştirak ediblər. Uşaqlara
Novruz şirniyyatları, valideynlərə isə Azərbaycanın milli mətbəxi haqqında
kitablar hədiyyə edilib.

Tədbirin bədii hissəsində mərkəzin şagirdləri Azərbaycan rəqslərini təqdim ediblər.
Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları
“Yallı” milli rəqsinin ifası ilə başa çatıb.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi 10 ildir Nyu-
Yorkda fəaliyyət göstərir. Mərkəzin müxtəlif layihələri əsasında Azərbaycanın
məşhur futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar ücün Novruz
şənliyi, “İpək Yolu” festivalı, “Azərbaycana məhəbbətlə” rəsm sərgisi, ABŞ-dakı
müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə ustad dərsləri və seminarlar təşkil
edilir.

Hər il konsertlərdə, festivallarda və müsabiqələrdə fəal iştirak edən mərkəz
Azərbaycan mədəniyyətini və incəsənətini ABŞ-da təbliğ etmək, habelə ənənələri
qorumaq, digər icmaların diqqətini Azərbaycanın parlaq mədəni irsinə cəlb etmək
məqsədinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti