...

ADU-nun böyük uğuru - dünya universitetlərinin reytinqinə daxil olub (R)

Cəmiyyət Materials 27 Mart 2023 16:19 (UTC +04:00)
ADU-nun böyük uğuru  -  dünya universitetlərinin reytinqinə daxil olub (R)

Bakı. Trend:

QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb.

Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib.

QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.

Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti