...

Ümumi ağız baxımı necə olmalıdır? Ağız qoxusunun qarşısını necə alaq? - İmplantoloq ağız cərrahı Dr.Emil İmanov (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2023 14:22 (UTC +04:00)
Ümumi ağız baxımı necə olmalıdır? Ağız qoxusunun qarşısını necə alaq? - İmplantoloq ağız cərrahı Dr.Emil İmanov (FOTO)

Bakı. Trend:

Ağız gigiyenası ağızda mikrobların mütəmadi olaraq meydana gəldiyi yerlərin təmizlənməsi prosesidir. Yediyimiz yeməklər və içdiyimiz içkilər diş ərpi əmələ gətirir və ərp mikroblardan ibarət olur. Ağız gigiyenası necə təmin edilir sualına gəlsək, mikrobların diş ətrafında diş ərpi əmələ gəlməmişdən əvvəl mikrobun təmizlənməsi ilə təmin edildiyini deyə bilərik.

Ağız gigiyenasına düzgün diş məcunu seçməklə başlamaq olar. Diş minasını çox aşındırmayan pastalardan və miqdarı noxud dənəsi boyda, az ölçüdə istifadə edilməlidir.

İkincisi, düzgün diş fırçası seçimidir. Araşdırmalara görə, diş fırçasının mütəmadi olaraq dəyişdirilməsi ağız gigiyenası üçün vacib detaldır. İlk növbədə ağızın hər yerinə çata bilən yumşaq diş fırçası seçilməlidir. Diş fırçası ağızdakı mikrobları təmizlədiyi üçün həmin mikroblar tüklü yerdə qala bilər. Buna görə də diş fırçasının 3-6 ay arasında nizamlı olaraq yenilənməsi ağız gigiyenası necə təmin edilir sualına ən əhəmiyyətli cavab olacaq.

Diş məcunu və diş fırçası seçimi qədər vacib olan digər bir nüans da dişlərin fırçalanması üsuludur. İlk növbədə dişləri çox sərt fırçalamaq olmaz. Ağızda kiçik dairələr çəkərək təxminən 3 dəqiqə fırçalamaq lazımdır. Dişlərin daxili səthi mütləq fırçalanmalıdır. Sonda dil təmizlənməli və ağız bol su ilə yuyulmalıdır.

Daha az bilinən bir məsələ isə, dil ilə bağlıdır. Ağız qoxusunun çeşidli səbəbləri olsa da, ümumi səbəblərdən biri, məhz dil təmizliyidir. Dişləri fırçaladıqdan sonra ağız boşluğunda olan bakteriyaların çoxu dil və yanaq səthində toplanır. Tədqiqatlar göstərir ki, dişlərinizdə, dilinizdə və hətta dişlər və diş ətləri arasındakı ciblərdə yaşayan 700 növ mikroorqanizm və ya bakteriya var. Müntəzəm şəkildə təmizlik üçün dil təmizləyicilərdən istifadə edilməlidir. Qeyd etmək lazımdır ki, diş fırçalarının arxasındakı kiçik təmizləyici qisim kifayət deyil. Bunun üçün xüsusi dil təmizləyicilər var.

Ev şəraitində ağız qoxusunun qarşısını necə alaq? Sualının cavabı da yenə gigiyenadan keçir. Dişləri fırçalamaq, təklikdə, artıq məlum məsələdir ki, yetərli deyil. Dişarası fırça və saplardan istifadə də mütləqdir. Hətta təkcə diş aralarını deyil, cib deyilən bakteriya toplanan qisimlər də sapla aradan qaldırılmalıdır. Ancaq diş sapı və ağız qarqaraları fırçanın çata bilmədiyi yerlərdə təsirli olur.

­­Hər yeməkdən sonra dişlər arasında qalan qida qalıqlarını diş sapı ilə təmizləmək mikrobları asanlıqla məhv edir. Bundan əlavə, diş sapından istifadə qalıqların yaratdığı ağız qoxusunun qarşısını alır. Əgər bütün gigiyenik ardıcıllıq düzgün yerinə yetirilirsə və buna baxmayaraq, hələ də ağız qoxusu varsa, bunlar artıq digər səbəblərdən meydana gəlir və müvafiq problem üzrə həkimə müraciət edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti