...

Ermənistanın işğalı dövründə təbiət abidəsi statuslu 11 ağac məhv edilib

Cəmiyyət Materials 26 Aprel 2023 12:42 (UTC +04:00)
Ermənistanın işğalı dövründə təbiət abidəsi statuslu 11 ağac məhv edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınan təbiət abidəsi statuslu 11 ədəd qədim ağacın (Şərq çinarı) hamısı məhv edilib, 90-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınan 6 mineral xammal yatağından 3-nün istismar olunduğu məlum olub.

Trend-in məlumatına görə, bu barədə Füzulidə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətlndirilməsi nəticələrinə görə Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl yatağının, Dövlətyarlı əhəngdaşı yatağının, Dilağardı əhəngdaşı yatağının istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemləri dağıdıldığı qeydə alınıb.

"Füzuli rayonu ərazisinin geoekoloji və radioaktivlik şəraitinin qiymətləndirilməsi məqsədilə kompleks geoloji tədqiqatlar aparılıb, Füzuli şəhəri və ətraf ərazilərin radioaktivliyi qiymətləndirilib

İşğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərinin həyata keçirilməsi məqsədilə tikinti materiallarına olan tələbatın ödənilməsi üçün Füzuli rayonu ərazisində yerləşən “Dövlətyarlı” əhəngdaşı yatağının, “Aşağı Güzlək”, “Quruçay”, qum-çınqıl yataqlarının istismarına icazə verilməsi planlaşdırılıb", - deyə V.Kərimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti