Bakı. Trend:
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinovanı qəbul edib.
Yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.
Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.
Bundan sonra Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.
Qeyd edək ki, Zemfira Meftahətdinova 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa Çempionatlarının qalibi olub. Komanda turnirlərində isə 1987 və 1990-cı illərdə turnirin qızıl medallarına sahib olub. Ümumi olaraq beş dəfə Avropa çempionu olan Zemfira Meftahətdinova 1995 və 2001-ci illərdə Dünya Çempionatlarının qalibi olub.