...

Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)

Cəmiyyət Materials 31 May 2023 18:00 (UTC +04:00)
Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağır yaralanan və "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazimiz Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb.

Trend xəbər verir ki, qazimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək

Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti