...

Bakıda “Süni İntellekt Dövründə Akademik Dürüstlüyün Qorunması” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2023 17:15 (UTC +04:00)
Bakıda “Süni İntellekt Dövründə Akademik Dürüstlüyün Qorunması” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

30 may 2023-cü il tarixində Fransız-Azərbaycan Universitetində (UFAZ) “Süni İntellekt Dövründə Akademik Dürüstlüyün Qorunması” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, “Innovation Management and TRIZ Institute”(IMTI), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Turnitin” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin rektoru Prof. Dr. Mustafa Babanlı açılış nitqi ilə çıxış edib və müasir dövrdə akademik dürüstlüyün əhəmiyyətindən söz açıb.

Daha sonra “Innovation Management and TRIZ Institute”-un İdarə Heyətinin Sədri Prof. Dr. Ali B. Kutvan müasir dövrdə təhsil alanların yaradıcılığa təşviq edilməsinin əhəmiyyəti barədə danışıb.

Konfransın təşkilatçılarından biri olan “Turnitin” şirkətinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üzrə nümayəndəsi Katya Levchenko və həmkarı Dritan Manaj tədbirdə təqdimatla çıxış edtilər. “Turnitin” şirkətinin fəaliyyəti haqqında məlumat vermiş və qonaqların suallarını cavablandırmışdırlar. Azərbaycanda bu şirkətin xidmətlərindən istifadənin əhəmiyyəti ayrıca vurğulanmış, bu istiqamətdə görülməli olan işlər – Azərbaycan dilinin “Turnitin”-in bazasına əlavə edilməsi və ali təhsil müəssisələrində adaptasiya işlərinin aparılması müzakirə edilmişdir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının ali təhsil sahəsində bu istiqamətdə tədris prosesinin keyfiyyətinin yüksəldiriməsi və tənzimləyici sənədlərin mövcudluğunun və əhatəliliyinin müəyyənləşdirilməsi məqsədilə“Innovation Management and TRIZ Institute”, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və “Turnitin” şirkəti arasında üçtərəfli niyyət memorandumu imzalanıb.

Davam edən tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi h.ü.f.d. Firuzə Mayılova, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin Sədri dos. Ülkər Səttarova Azərbaycanda təhsil sahəsindəki cari vəziyyət barədə məlumat veriblər.

Görüşdə ekspert qismində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Dos. Elmina Kazımzadə akademik nəşrlərin keyfiyyətindən, ADA Universitetinin Təhsil Fakültəsinin Dekanı b.ü.f.d. Ülviyyə Mikayılova və Bakı Ali Neft Məktəbinin Davamlı Təhsil Fakültəsinin Dekan Müavini Bağçagül İmanova isə çalışdıqları təhsil müəssisələrində “Turnitin” şirkətinin xidmətləri ilə bağlı öz təcrübələrini bölüşmüş, qonaqların suallarını cavablandırmışdırlar.

Tədbirdə əməyi keçən şəxslərə təşkilatçılar tərəfindən təşəkkürnamələr təqdim edilmişdir.

Konfrans “Innovation Management and TRIZ Institute”-un İdarə Heyətinin Sədri Prof. Dr. Ali B. Kutvanın ye nitqi ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti