...

Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2023 17:58 (UTC +04:00)
Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib (FOTO)

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 19-cu Ümumdünya Meteorologiya Konqresi keçirilir.

Trend xəbər verir ki, konqresdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın sözlərinə görə, konqres çərçivəsində argentinalı professor xanım Seleste Saulo ÜMT-nin ilk qadın Baş Katibi təyin edilib. O, 2024-cü il yanvarın 1-dən ÜMT-nin Baş Katibi qismində fəaliyyətə başlayacaq.

“S.Saulo 2014-cü ildən Argentina Milli Meteorologiya Xidmətinin direktorudur və hazırda Ümumdünya Meteorologiya Təşkilatının Birinci vitse-prezidentidir”.

U.Tağıyeva konqresdə ÜMT-nin prezidenti və vitse-prezidenti vəzifələri üzrə seçkilərin keçirildiyini də bildirib.

“Seçkilərin nəticəsinə əsasən ÜMT-nin prezidenti Milli Meteorologiya Mərkəzinin baş direktoru, Birləşmiş Ərəb Əmirliklərinin Daimi Nümayəndəsi və ÜMT-nin Asiya Regional Assosiasiyasının prezidenti Abdulla Al Mandous seçilib”.

Qeyd edək ki, 22 may 2023-cü il tarixində öz işinə başlayan 19-cu Ümumdünya Meteorologiya Konqresi 2 iyun tarixinədək davam edəcək.

Xəbər lenti

Xəbər lenti