...

MDU-nun tərəfdaşlığı ilə Ağdamda “Heydər Əliyev İli” çərçivəsində elmi-praktiki konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 8 İyun 2023 02:36 (UTC +04:00)
MDU-nun tərəfdaşlığı ilə Ağdamda “Heydər Əliyev İli” çərçivəsində elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı. Trend:

2023-cü il iyunun 6-da Mingəçevir Dövlət Universiteti (MDU) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyətinin aparat nümayəndələri, MDU-nun bir qrup professor-müəllimləri iştirak edib.

Konfransın açılış nitqində iştirak edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və MDU-nun rektoru Şahin Bayramov Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək konfransın işinə uğurlar arzulayıblar. Ulu Öndərin zəngin irsinin öyrənilməsinin vacibliyi vurğulanıb, Ümummilli Liderin çoxşaxəli irsinin gənc nəsil və geniş ictimaiyyət arasında təbliğinin əhəmiyyəti diqqətə çatdırılıb.

Açılış nitqlərindən sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun əməkdaşlarından Mirzə Cavadov “Heydər Əliyev – Milli Xilaskar, Milli Lider”, Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Rahilə Məmmədova “Milli-mənəvi dəyərlərimizin qoruyucusu” və Günel Yunusova “Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzularında məruzə ilə çıxış edib.

Təqdim olunan məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, MDU və Ağdam Rayon İcra Hakimiyyəti arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər mühüm yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti