...

Bakı, Sumqayıt, Abşeron üzrə iyun ayının pensiyaları ödənilib

Cəmiyyət Materials 9 İyun 2023 12:39 (UTC +04:00)
Bakı, Sumqayıt, Abşeron üzrə iyun ayının pensiyaları ödənilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının da ödəniləcəyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti