...

ADNSU ilə Innovation Management and TRIZ Institute arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2023 16:54 (UTC +04:00)
ADNSU ilə Innovation Management and TRIZ Institute arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Innovation Management and TRIZ Institute arasında elm-innovasiya, elmi tədqiqat və beynəlxalq layihələrin birgə həyata keçirilməsi üzrə əmkdaşlıq memorandumu imzalanıb.

Trend xəbər verir ki, imzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, “Innovation Management and TRIZ Institute” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin Sədri, professor Ali Kutvan, universitetin professor –müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin elmi və dünyəvi tədrisdə mövqeyinin yaxşılaşdırılmasının, dünya elmi resurslarına çıxışın təmin olunmasının, eyni zamanda bu sahədə elmi göstəricilərin və tədrisin yüksəlməsinin xüsusi önəm kəsb etdiyini deyib. Triz İnstitutu ilə əlaqələrin inkişafının yeni müstəvidə qurulmasının universitet üçün əhəmiyyətini qeyd edən rektor, professor Mustafa Babanlı birgə perspektiv əməkdaşlıq istiqamətlərdən danışıb.

“Innovation Management and TRIZ Institute” MMC-nin İdarə heyətinin sədri, professor Ali Kutvan təmsil etdiyi şirkət haqqında məlumat verib və ADNSU ilə birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Sənaye sahələri ilə əməkdalığa böyük önəm verdiklərini deyən A.Kutvan universitetlə bir çox elmi və akademik sahədə böyük hədəflərə hesablanmış əməkdaşlıq perspektivlərinə malik olduqlarını bildirib.

“Innovation Management and TRIZ Institute” MMC-nin baş katibi İlqar Aslan şirkətin fəaliyyəti, cari layihələr və iş imkanları, həmçinin məqsədi haqqında geniş təqdimatla çıxış edib. Sonda müzakirə olunan məsələlərin reallaşması istiqamətində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti