...

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 22 İyun 2023 11:45 (UTC +04:00)
Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər.

Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti