...

İndiyə qədər Azərbaycana gətirilən vaksinlərin sayı açıqlanıb

Cəmiyyət Materials 17 İyul 2023 12:08 (UTC +04:00)
İndiyə qədər Azərbaycana gətirilən vaksinlərin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Koronavirus pandemiyası müddətində ölkəyə ölkəyə 18.1 milyon doza vaksin gətirilib.

Trend-in məlumatına görə, bu barədə TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

“Xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilib. Bakı şəhərində bu tipli nəzarət funksiyası üçün 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb.

Beynəlxalq əməkdaşlıq çərçivəsində 236 nəfəri Kubadan həkim-mütəxəssis olmaqla, ümumilikdə 361 nəfər tibbi personal xaricdə ölkəyə cəlb olunub”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti