...

Xaricdə təhsil alan həkimlərin Azərbaycandakı əməkhaqları açıqlanıb

Cəmiyyət Materials 17 İyul 2023 12:45 (UTC +04:00)
Xaricdə təhsil alan həkimlərin Azərbaycandakı əməkhaqları açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis TƏBİB-in tabeliyində oan 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə bu gün TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfindən media nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib.

“İşə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5000 manat təşkil edib

Bu proqram yaxın zamanlarda İcbari Tibbi Sığorta Dövlət Agentliyinin idarə heyətinin sədrinin qərarı ilə 1 il müddətinə uzadılıb.

Həmçinin “Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB tabeliyində olan tibb müəssisələrinə orta tibb heyəti qismində işə qəbulu” layihəsi çərçivəsində 132 nəfər daimi işlə təmin edilib”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti