...

Neftçalada yeni nov kanal çəkilir (FOTO)

Cəmiyyət Materials 28 İyul 2023 04:55 (UTC +04:00)
Neftçalada yeni nov kanal çəkilir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki,
Bəhramtəpə Melioservis İdarəsi ölkənin bir-neçə rayonunda kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması və yeni nov kanalların çəkilişini həyata keçirir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən Trend-ə verilən məlumata görə, görülən işlər nəticəsində torpaqlar meliorativ cəhətdən yaxşılaşır, şoranlaşmanın və su itkisinin qarşısı alınır, əkilən kənd təsərrüfatı bitkilərindən bol məhsul əldə edilir. Hazırda idarə tərəfindən Neftçala rayonu ərazisində nov kanallar yeniləri ilə əvəz olunur. Həm suya qənaət, həmdə suvarma suyunun fermerlərə dah tez və asan çatdırılması baxımından önəmli rola malik olan bu nov kanalların keçdiyi ərazilərdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri, o cümlədən pambıq əkilir. İşlərin yaxın vaxtlara yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsi Neftçala rayonu ilə bərabər hazırda Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olan sol sahil kollektorda lildən təmizləmə işlərini davam etdirir. Bundan başqa Füzuli rayonu ərazisində Haramı torpaq məcralı kanalın beton üzlüyə alınması, İmişli rayonunda iki kanalın nov kanallarla əvəzlənməsi işləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti