Bakı. Trend:
Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazinin çətin keçilən bataqlıq və küləkli hava şəraitinə baxmayaraq tam söndürülüb.
Trend-in məlumatına görə, bu
barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində təxminən 200 hektar sahədə
kol-kos və qamışlıq yanıb. Milli Parkın böyük hissəsi yanğından
mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və yerli icra hakimiyyətinin müvafiq qüvvələri iştirak edib.