...

Bloqerin atası oğlunun son vəziyyətini AÇIQLADI

Cəmiyyət Materials 15 Avqust 2023 10:29 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Mütəllimov qəzaya düşüb.

Trend xəbər verir ki, baş vermiş ağır yol qəzası ilə bağlı bloqerin atası Hafiz Mütəllimov açıqlama verib .

O Nicatın hələ ki, reanimasiyada olduğunu bildirib:

"Nicatın qolu amputasiya olunub. Hələ ki, reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə gecə 01:08 radələrində Nərimanov rayonu ərazisində baş verib.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Mütəllimov (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Xatırladaq ki, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Mütəllimovun törətdiyi yol-nəqliyyat hadisəsində Gəncədə yerləşən “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu Ruslan Məmmədov dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti