...

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılır

Cəmiyyət Materials 22 Avqust 2023 13:11 (UTC +04:00)
Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılır

Bakı. Trend:

Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.

Boş qalan yerlər üçün sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Vakant yerlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: http://bitly.ws/SLGZ

Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti