...

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müəyyənləşib

Cəmiyyət Materials 1 Sentyabr 2023 10:30 (UTC +04:00)
Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müəyyənləşib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası təsdiqlənib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Müəyyən edilib ki, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir.

Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti