...

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb

Cəmiyyət Materials 1 Sentyabr 2023 15:09 (UTC +04:00)
Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə başlanılıb.

Trend xəbər verir ki, III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq.

Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra 5 sentyabr saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti