Bakı. Trend:
İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb:
"Hadisə baş verən andan etibarən dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Aparılan təxirəsalınmaz işlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib".