...

ADNSU-da “Bilik günü” qeyd olunub (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2023 17:17 (UTC +04:00)
ADNSU-da “Bilik günü” qeyd olunub (FOTO)

Bakı. Trend:

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin başlanması və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə rektor əvəzi, dosent Vazeh Əskərov, prorektorlar, universitetin professor və müəllim heyəti Ulu öndər Heydər Əliyevin büstü önünə, həmçinin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək qəhrəmanlıq zirvəsinə ucalan ADNSU-nun 23 məzun şəhidinin xatirəsinə yaradılmış kompleks və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önünə əklil qoyublar.

Sonra universitetin Akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbələri və professor-müəllim heyətini “Bilik günü” münasibətilə təbrik edərək yeni tədris ilində onlara uğurlar arzu edib. Ölkəmizdə təhsilin inkişafından, müasir standartlara cavab verən tədris mühitinin yaradılması və təkmilləşdirilməsindən danışan dosent Vazeh Əskərov ADNSU-da bu istiqamətdə görülən mühüm işlərdən söz açıb. O, 2023/2024-cü tədris ili üzrə ADNSU-ya rekord sayda tələbə qəbul olunduğunu qeyd edərək yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində genişmiqyaslı işlər görüləcəyini qeyd edib və bu tədris ilinin parlaq uğurlarla əlamətdar il olacağına ümidvar olduğunu bildirib.

ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tələbə adını qazanmış gəncləri və kollektivi təbrik edərək gənclərin yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işlərdən və tədris prosesindən danışıb.

Sonra fakültələr üzrə ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş I kurs bakalavr və magistrantlar mükafatlandırlıb.

Universitet üzrə ən yüksək bal toplamış 3 tələbəyə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov xüsusi hədiyyələr təqdim edib.

Tədbir ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının rəqsi və tələbənin ifasında musiqi nömrəsi ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti