Bakı. Trend:
EKVİTA-nın təsisçisi və direktoru İlqar Mehti və UNEC rektoru Ədalət Muradov EKVİTA tərəfindən maliyyələşdirilərək təmir edilən auditoriyanın açılışında iştirak ediblər.
Yenilənmiş auditoriyanın rəsmi açılışından sonra UNEC və EKVITA arasında əməkdaşlıq memorandumu imzalanıb və tərəflərin uzunmüddətli tərəfdaşlığı rəsmiləşdirilib.
Memorandum bir sıra təşəbbüsləri əks etdirir, o cümlədən: UNEC tələbələrinin EKVİTA-da ödənişli təcrübə proqramlarına cəlb olunması, şirkətin UNEC tələbələri üçün master klasslar təşkil etməsi və bir sıra əməkdaşlıq istiqamətlərini əhatə edir.