...

ADNSU-da IELTS imtahanlarını uğurla başa vuran tələbələrə sertifikatlar verilib (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2023 19:35 (UTC +04:00)
ADNSU-da IELTS imtahanlarını uğurla başa vuran tələbələrə sertifikatlar verilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 18-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən icra edilən layihə çərçivəsində İELTS imtahanlarını uğurla başa vuran Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin təltif olunması mərasimi keçirilib.

Mərasimdən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov və nümayəndə heyəti ilə görüşüb. Görüşdə cari layihələrdə universitetlərin iştirakı, qarşıda duran hədəflər, strateji fəaliyyət istiqamətləri və gələcək planlardan danışılıb.

Sonra İELTS imtahanında uğurlu nəticə göstərən tələbələrin təltif olunması mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun 100-dən artıq tələbəsinin iştirak etdiyi layihədə 53 nəfər tələbənin uğurlu nəticə göstərməsini yüksək qiymətləndirərək tələbələri təbrik edib. Təhsildə tələbat olan sahələr üzrə gənclərin biliklərinin artırılması üçün atılan addımları dəstəklədiyini deyən dosent Vazeh Əskərov IELTS imtahanına təşviqlə bağlı layihənin tələbələr üçün mühüm önəm daşıdığını qeyd edib.

TİF İdarə heyətinin sədri Elnur Nəsibov mövcud layihələr haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, layihədə iştirak edən 7 universitet arasından ən yüksək nəticəni ADNSU tələbəsi qazanıb.

Sonra IELTS imtahanında uğurlu nəticə göstərən tələbələr təltif olunub.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb.

Layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.

Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti