Bakı. Trend:
Haqsız rəqabət nöqteyi-nəzərdən mövcud qanunvericilik mükəmməl hazırlanıb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
O qeyd edib ki, burada əlavə olaraq haqsız rəqabət formalarının tətbiqi qeyd olunub.
“Yəni, müştərilərə qarşı aqressiv davranış, kommersiya sirrinin qanunsuz əldə olunması artıq haqsız rəqabəti ehtiva edən addımlardan biri kimi qeyd olunub", - deyə Xidmət rəisi vurğulayıb.