...

Dərsliklər ictimai müzakirəyə çıxarılır, istənilən şəxs rəy bildirə bilər - AÇIQLAMA

Cəmiyyət Materials 28 Sentyabr 2023 11:39 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dərsliklər nəşriyyatlarda nazirliyin müqaviləsi əsasında hazırlanır. Nəşriyyatların seçdiyi müəlliflər qrupu dərsliyin layihəsini hazırlayır. Nazirliyin hər fənn üzrə ekspert qrupu layihə ilə tanış olur. Dövlər İmtahan Mərkəzinin ekspertizasından rəy alınır.

Trend xəbər verir ki, bunu ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, müvafiq elmi qurumlara, rayon təhsil idarələrinə dərsliklər göndərilir və rəylər toplanılır.

"Dərsliklər Tədris Resurslarının İdarə Olunması portalında ictimai müzakirəyə çıxarılır. Orada istifadədə olan dərsliklər elektron formada, həmçinin, yeni layihə dərsliklər yer alır. İctimai müzakirədə olan dərsliklər pəncərəsində istənilən şəxs rəyini yazıb göndərə bilər", - o qeyd edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.

Xəbər lenti

Xəbər lenti