...

30 il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyanda dəfn edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 28 Sentyabr 2023 14:58 (UTC +04:00)
30 il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyanda dəfn edilib (FOTO/VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Hacıyev Təhsin Fikran oğlunun nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib.

Trend xəbər verir ki, bu gün orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Qarabağlı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Hacıyev Təhsin Fikran oğlu 27.04.1973-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olub.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Hacıyev Təhsinə məxsus olduğu təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti