...

Sumqayıtda 40 yaşlı kişinin dayanacaqda meyiti tapılıb

Cəmiyyət Materials 9 Noyabr 2023 17:46 (UTC +04:00)
Sumqayıtda 40 yaşlı kişinin dayanacaqda meyiti tapılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhər Koroğlu prospketi 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb.

Trend xəbər verir ki, hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları və Təcili Tibbi yardım briqadası cəlb olunub.

Məlum olub ki, ölən şəxs 40 yaşlı Pərviz Əzizxan oğlu Mirzəyevdir. Onun ürəktutmasından öldüyü qeyd olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti