...

Ən az və ən çox yağıntı hansı ərazilərə düşüb?

Cəmiyyət Materials 27 Noyabr 2023 13:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ən aşağı temperatur Abşeron yarımadasından şimalda yerləşən ərazilərdə müşahidə olunur (13,50 C).

Trend xəbər verir ki, bu barədə AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının cari ildə son iclasında bildirilib.

Akademik Fəxrəddin Qədirov və Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Xəzərin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillərdən danışaraq iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansı komponentləri, iqlimə dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik, tektonik amillər və digər məsələlərə aydınlıq gətiriblər. Həmçinin Azərbaycanın dənizsahili ərazilərinin müasir və gözlənilən iqlim şəraiti haqqında geniş məlumat təqdim ediblər.

Qeyd edilib ki, yağıntılar ən az Abşeron yarımadası və adalarda (114 – 291 mm), ən çox (1158-1235 mm) Lənkəran ovalığında müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti